“Arsenal” tarixində ilk dəfə ardıcıl 8 oyunu qapısından qol buraxmadan keçirib.
Sportal.az xəbər verir ki, Mikel Artetanın komandası bu gün Çempionlar Liqasında “Slaviya”ya 3:0 hesabı ilə qalib gəlib. Bundan əvvəl “topçular”a daha yeddi komanda qol vura bilməmişdi, sonuncu dəfə isə bunu sentyabrın sonunda “Nyukasl” bacarmışdı.
İngiltərə yüksək liqasında ardıcıl 8 oyunu qolsuz keçirən komandalar yalnız “Arsenal” (2025), “Liverpul” (1920) və “Preston” (1889) olub.
Qeyd edək ki, həftəsonu londonlular Premyer Liqada “Sanderlend”lə qarşılaşacaqlar.
saytlarin hazirlanmasi
