Montella İspaniya ilə matçı dəyərləndirdi: "Futbolçularımla fəxr edirəm"

09:18 - 20 Noyabr 2025

Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella DÇ-2026-nın seçmə mərhələsində İspaniyaya qarşı 2:2 hesabı başa çatan matçla bağlı şərh verib.

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis bunları deyib:

"Futbolçularımın bu matçda göstərdiyi xarakterlə fəxr edirəm. Çox şeyi qurban verdik. Rəqabətli idik. Nəticədən məmnunam".

Qeyd edək ki, İspaniya ilk dəfə seçmə mərhələdə xal itirib. Onlar dünya çempionatına birbaşa vəsiqə qazanıb. Türkiyə isə pley-offa yüksəlib.

Xəbər xətti