"Qarabağ"ın futbolçusu Xorvatiyaya qarşı oynadı

11:18 - 18 Noyabr 2025

“Qarabağ”ın futbolçusu Marko Yankoviçin şərəfini qoruduğu Monteneqro millisi DÇ-2026-nın seçmə mərhələsinin L qrupunda son oyununu keçirib.

Sportal.az xəbər verir ki, Yankoviçin komandası Xorvatiya ilə qarşılaşıb.

Görüş xorvatların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Yankoviç meydana start heyətində çıxıb və sona qədər oynayıb.

Xəbər xətti