"Ozgon"un hücumçusu Orxan Əliyevin bu klubla müqaviləsi başa çatıb.
Sportal.az saytına verilən məlumata görə, Əliyevin yeni ildən sonra hansı komandada oynayacağı hələ ki dəqiq deyil.
Qırğızıstan klubu Orxana yeni müqavilə təklif edib və onunla işbirliyinə davam etmək istəyir. Azərbaycanlı hücumçunun xidmətində Premyer Liqa komandalarımız və Qırğızıstanın başqa klubları da maraqlıdır.
Yaxın günlərdə Orxanın "Ozgon"da qalacağı, yoxsa başqa komandaya keçəcəyi dəqiqləşəcək.
Əlavə edək ki, azərbaycanlı forvard "Ozgon"a mövsümün yarısında qoşulub və 9 matçda 7 qol vurub 1 asist etmişdi.
saytlarin hazirlanmasi
