Azərbaycanlı idmançı dünya çempionatında qızıl medal qazandı - FOTOLAR

15:18 - 15 Noyabr 2025

Noyabrın 12-13-ü aralığında BƏƏ-nin Abu-Dabi şəhərində keçirilən Braziliya Ciu-Citsu üzrə dünya çempionatında "AJP World Jiu-Jitsu Championship" turnirində “Dinamo” İdman Klubun idmançıları 2 medal ilə vətənə dönüblər. 

Sportal.az saytına verilən məlumata görə, "Dinamo" İdman Klubunun BJJ üzrə baş məşqçisi Elçin Hüseynovun tələbələrindən Seyidzadə Tural “AJP World Jiu-Jitsu” yarışında 16-17 yaşlılar üzrə (73 kq) ağ kəmər kateqoriyasında 5 rəqibini məğlub edərək qızıl medala layiq görülüb.

Əmrastanov Dmitriy isə "World Jiu-Jitsu Master Championship" master 2 göy kəmər (85 kq) kateqoriyasında final görüşünü braziliyalı idmançıya məğlub olaraq gümüş medala layiq görülüb.

 

Xəbər xətti