"Şamaxı"nın müdafiəçisi David Santos Sportal.az saytına müsahibə verib.
- "Şamaxı" son turda "Sumqayıt"ı səfərdə məğlub etməyi bacardı. Həmin matç sizin üçün necə keçdi, qalibiyyəti necə şərh edərdin?
- Həqiqətən də çətin oyun idi. Əslində, belə olacağını da bilirdik. Çünki rəqibimiz yaxşı komandadır. "Sumqayıt" evdə oynayırdı. Bu mənada da, çətin olacağını bilirdik. Planımıza əməl etdik və qələbə qazandıq. Düşünürəm ki, qələbəyə layiq idik.
- "Sumqayıt"a qarşı son matçda sonuncu dəqiqələrdə buraxdığınız qolla məğlub olmuşdunuz. Demək olar ki, revanş aldınız?
- Mövsüm boyu bu cür qollarla bağlı problemlərimiz olmuşdu. Ona görə də qol buraxmamaq və qələbəni təmin etmək üçün mümkün qədər diqqətimizi cəmləyirik. “Sumqayıt”la oyunda da qalib gəldiyimizə görə şadam.
- "Şamaxı" hazırda 30 xalla 8-ci pillədədir. Bu durum sizi razı salır?
- Düzünü desəm, xeyr! Daha çoxunu istəyirik. Daha çox xal qazanmaq üçün mübarizə aparacağıq. Hələ qarşıda oyun çoxdur. Bütün diqqətimiz qarşıdakı oyunlara yönəlib.
- Səncə, "Şamaxı" avrokuboklar uğrunda mübarizəyə qoşula bilər? Bunu real hesab edirsən?
- Biz indi mümkün qədər çox xal toplamağa fokuslanmışıq. Mövsümün sonuna hələ var. Matçlar başa çatdıqdan sonra hesablamaları aparacağıq. İndidən bu cür hesablamaq aparmağa ehtiyac yoxdur. Biz sadəcə qarşıdakı oyunlarımıza hazırlaşırıq və o görüşlərdə uğurlu nəticə qazanmaq istəyirik.
- Növbəti turda "Araz-Naxçıvan"la üz-üzə gələcəksiniz. Bu görüş haqda hansı fikirdəsən? Onları məğlub edə bilərsiniz?
- "Araz-Naxçıvan" da çətin rəqibdir. Amma evdə oynayırıq. Ona görə də qalib gəlməliyik. Necə olacağını matçda görəcəyik. Biz matça yaxşı hazırlaşırıq. Ümidvarıq ki, uğurlu nəticə alınacaq.
- Artıq mövsüm sona yaxınlaşır. Yeni mövsümdə də "Şamaxı"da qalacaqsan? Azərbaycan Premyer Liqasındakı digər klublardan təkliflər var?
- Hələ bu suala cavabım yoxdur. Hazırda 100 faiz olaraq, mövsümü ən yaxşı şəkildə bitirməyə diqqət yetirirəm. Komandama kömək olmaq üçün əlimdən gələni edirəm. Sonda isə necə olacağına baxacağıq.
Mirbağırağa
