İşıqlı qəm içində... - milyonlar gəldi, çempionluq getdi

13:12 - 1 May 2026

Rəsmiləşdi, "Sabah" Premyer Liqanın yeni çempionudur! "Qarabağ" azarkeşlərinə hər nə qədər ağır gəlsə də, faktdır. 

Lap başdan Çempionlar Liqasındakı tarixi nəticənin bədəli ölkə çempionluğunun əldən getməsi olacaq deyilsəydi, Qurban Qurban buna gedərdimi, demək çətindir... Belə baxanda, heç müqayisəyə gəlməyən turnirlərdi. Azərbaycan Premyer Liqasını izləyən bizik, Çempionlar Liqasına bütün dünyanın gözü zillənib. 

"Qarabağ" bu mövsüm həm də milyonlar qazandı, 60 milyon manatdan çox. Bir Azərbaycan klubu üçün fantastik gəlir əldə etdilər. Amma belə görünür ki, bütün bunlar "Qarabağ" sevərləri ovutmur. Pərişanlıq var. Çempionluğun əldən getməsini heç kim gözə almamışdı. Sanki hamıda əminlik var idi ki, "Qarabağ" yarımcan halında belə Premyer Liqanın qalibi olmağa qadirdir. 

"Qarabağ" ən uğurlu mövsümündə həm də uğursuzluq daddırdı tərəfdarlarına. 

Belə görünür ki, bundan sonrası daha çətin olacaq "Qarabağ" üçün. Tarixinin ilk çempionluğunu qazanan "Sabah" çətin ki bununla kifayətlənsin. Avrokuboklarda uğurlu nəticələr göstərmək üçün daha böyük pullar xərcləyəcəklər, daha da güclənəcəklər. Yuri Vernidubla dirçələn "Neftçi" də gələn mövsüm indikindən daha yaxşı olacaq. 

Premyer Liqanı əvvəlkitək yarı güclə qazanmaq real görünmür daha... Qurban Qurbanov gələn mövsümə elə komanda qurmalıdır ki, hər iki cəbhədə yaxşı çıxış edə bilsinlər. Əks təqdirdə yenidən taxta qayıtmaları gələn mövsüm də təxirə salına bilər. 

Həmid

Xəbər xətti