"Liverpul"un müdafiəçisi İbrahima Konate gələcə karyerası ilə bağlı qərar verməyib.
Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ona gələn təklifləri dəyərləndirmək istəyir.
Fransızın "Liverpul"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Konate “Soşo” və “Leyptsiq”də oynadıqdan sonra 2021-ci ildə “Liverpul”a keçib.
“Real”, “Əl-Hilal” və “Mançester Siti” İbrahima üçün hərəkətə keçib. Fransa yığmasının üzvü hansı kluba keçəcəyinə qarşıdakı ayda qərar verəcək.
Onun "Real"a keçmək variantına daha müsbət yanaşdığı iddia olunur.
