Modriç üçün mövsüm erkən başa çatdı

18:18 - 27 Aprel 2026

İtaliyanın "Milan" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Luka Modriç sıradan çıxıb. Xorvatiyalı yarımmüdafiəçi A Seriyasının 34-cü turunun "Yuventus"la matçında (0:0) zədələnib.

Modriçin almacıq sümüyündə sınıq aşkarlanıb. 40 yaşlı futbolçu mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək. Xorvatiya millisinin üzvü dünya çempionatına kimi hazır olacaq.

Qeyd edək ki, Luka Modriç mövsümün əvvəlində "Milan"a qoşulub. Təcrübəli oyunçu komandanın heyətində meydana çıxdığı 36 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti