"Sabah" finala yüksəldi

17:54 - 25 Aprel 2026

Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib.

Sportal.az xəbər verir ki, bu gün "Gəncə" doğma meydanda "Sabah"ı qəbul edib. Qarşılaşma qonaqların 78:73 hesablı qələbəsi ilə başa çatıb.

"Sabah" ilk görüşdə də qalib gəldiyi üçün adını finala yazdırıb.

İkinci finalçının adına "Neftçi" ilə "Abşeron" arasında keçiriləcək oyundan sonra aydınlıq gələcək.

Xəbər xətti