"Dünya çempionatına vəsiqə futbol meydanında qazanılır" - İtaliyalı nazir

21:24 - 24 Aprel 2026

İtaliyanın idman naziri Andrea Abodi ABŞ prezidentinin nümayəndəsi Paolo Zampolli tərəfindən irəli sürülən İranın əvəzinə İtaliyanın 2026-cı il dünya çempionatına qatılması təşəbbüsünə münasibət bildirib.

Sportal.az "Sky News" istinadən xəbər verir ki, Abodi bu ideyanı sərt şəkildə rədd edib. Nazir vurğulayıb ki, dünya çempionatında iştirak yalnız idman prinsiplərinə əsasən müəyyənləşdirilir:

"ABŞ prezidenti Donald Trumpın nümayəndəsi Paolo Zampolli tərəfindən FIFA-ya təqdim olunan təklif, birincisi, mümkün deyil, ikincisi isə yersizdir. Hansının daha vacib olduğunu bilmirəm. Vəsiqə futbol meydanında qazanılır".

İtaliya milli komandası ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməyib. Komanda seçmə mərhələnin pley-offunda həlledici oyunda Bosniya və Herseqovina yığmasına məğlub olub.

Xəbər xətti