"Arsenal"ın hücumçusu Qabriel Jesus “Mançester Siti” azarkeşi ilə mübahisə edib.
Sportal.az “The Mirror”a istinadən xəbər verir ki, braziliyalı forvard Premyer Liqanın 33-cü turunda keçirilmiş “Mançester Siti” – “Arsenal” görüşündə ehtiyat oyunçular skamyasında oturub.
2017-ci ildən 2022-ci ilə qədər "şəhərlilər”in formasını geyinmiş Qabrielin yan xəttdə isinmə hərəkətlərini əks etdirən video sosial mediada yayılıb.
Hücumçu arxasında dayanan “Mançester Siti" azarkeşlərindən birinin “İuda, hesab neçədir?” sualına reaksiya verib. Qabriel Jezus ona yaxınlaşaraq sinəsinə işarə edərək “mən burada 11 titul qazanmışam” deyib.
Azarkeş isə ona “bəli, elədir, bəs indi kimsən? İndi kimsən?” cavabını verib. Daha sonra braziliyalı azarkeşi göstərərək, əllərini başına qoyaraq jest edib.
29 yaşlı futbolçu “Palmeyras”(2015-2017), “Mançester Siti”(2017-2022) klublarında oynadıqdan sonra 2022-ci ildə “Arsenal”a keçib. Onun bu klubla müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
