Fransa millisinin sabiq futbolçusu Pol Poqba etiraf edib ki, 2016-cı ildə 100 milyon avroya "Yuventus"dan "Mançester Yunayted"ə qayıdanda klub artıq əvvəlki kimi deyildi.
Sportal.az "Footmercato"ya istinadən xəbər verir ki, fransız Rio Ferdinandın podkastında “Monako”nun keçmiş futbolçusu Patris Evra ilə söhbətini də xatırladıb:
"Evraya hər şeyin fərqli olduğunu dedim. Enerji fərqli idi. Mən oradan ayrılanda isə belə deyildi. "Mançester Yunayted"ə klubun mədəniyyətini aydın şəkildə anlayaraq gəlirdin. Bu dəfə isə hər şey fərqli idi. Hətta yemək, içəridəki hər şey dəyişmişdi. Qəribə idi. Patrisə dedim ki, müqaviləmin sonuna qədər burada qala biləcəm, ya yox bilmirəm. Çünki özümü tərk etdiyim klubla eyni hiss etmirdim”.
Poqba 2012-ci ildə "Mançester Yunayted"dən "Yuventus"a keçdi. 2016-cı ildə kluba qayıtdıqdan sonra orada altı il keçirdi. 33 yaşlı futbolu
saytlarin hazirlanmasi
