“Qarabağ”ın qapıçısı Fabyan Buntiç Avropa klublarının diqqətini çəkib.
Sportal.az saytına verilən məlumata görə, 29 yaşlı futbolçu “Siqma”nın maraq dairəsindədir.
Çexiya yüksək liqasında mübarizə aparan klub Buntiçi heyətinə qatmağı planlaşdırır.
Lakin çexlərin təklif etdiyi maaş Buntiçi razı salmır. Əgər maliyyə şərtlərində razılıq əldə edilərsə, qolkiper Çexiyaya yollanacaq.
Əks halda isə, Fabyan "Qarabağ"da qalacaq. 29 yaşlı futbolçu “İnqolşdadt”, “Vizela” klublarının qapısını qoruyub. O, Xorvatiyanın U-19 yığmasının sabiq üzvüdür.
saytlarin hazirlanmasi
