Özbəkistanlı hücumçu İstanbul klubunda qalacaq

20:18 - 22 Aprel 2026

"Başakşehir" "Roma"dan icarəyə götürdüyü Eldor Şomurodovun transfer hüquqlarına yiyələnib.

Sportal.az xəbərr verir ki, bu barədə "Il Tempo" nəşri məlumat yayıb.

Klublar arasındakı anlaşmaya görə əzbəkistanlı hücumçu üçün satınalma bəndi işə düşüb. Türkiyə klubu 30 yaşlı forvard üçün 2,8 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Eldor Şomurodov mövsümün əvvəlindən "Başakşehir"də çıxış edir. Özbəkistan millisinin üzvü İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 19 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti