"Real"ın hücumçusu Kilian Mbappe son vaxtlar KİV-də kəskin tənqid olunur.
Sportal.az "Marca" nəşrinə istinadən xəbər verir ki, Madrid klubunun prezidenti Florentino Peres mətbuatın fransalı forvarda belə münasibətindən təəccüblənib.
“Los Blancos” rəhbərinin əsas arqumenti ondan ibarətdir ki, Mbappe olduqca yüksək məhsuldarlıq nümayiş etdirir və buna görə də onun oyununu şübhə altına almağın heç bir mənası yoxdur. Prezident hesab edir ki, futbolçunun komandanın uğurlarına verdiyi töhfə həlledicidir.
27 yaşlı forvard cari mövsümdə "Real"ın heyətində bütün turnirlərdə 40 oyuna çıxıb, 41 qol vurub və 6 məhsuldar ötürmə edib.
Xatırladaq ki, Kilian Mbappe 2024-cü ildə PSJ-dən ayrıldıqdan sonra azad agent kimi "Real"a keçib. Onun "kral klubu" ilə müqaviləsi 30 iyun 2029-cu il tarixinədək qüvvədədir.
saytlarin hazirlanmasi
