Türkiyənin "Qaziantep" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Mirel Radoi çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rumıniyalı mütəxəssislə 2026/2027 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, 45 yaşlı məşqçinin son iş yeri ölkəsində FKSB olub. O, ötən gün Buxarest klubundan ayrılıb.
saytlarin hazirlanmasi
