"Bu şansı əldən verməyəcəklər, çempionluğa layiq oyun sərgiləyirlər" - "Sabah"ın sabiq baş məşqçisi

14:47 - 24 Aprel 2026

"Sabah"ın sabiq baş məşqçisi Ramin Quliyev Sportal.az saytına açıqlama verib.

Masazır klubunun keçmiş çalışdırıcısı komandanın hazırda turnir cədvəlinə rəhbərlik etməsinə münasibət bildirib:

"Sabah"ın "Qarabağ"la görüşünü izlədim. Çox maraqlı və dramatik oyun oldu. Belə olacağı da gözlənilirdi. "Sabah"ın performansı daha yaxşıdır. Hər iki komanda qalib gələ bilərdi, şanslar 50/50 idi. Sonda da "Sabah" qazandı. Sözsüz  ki, "Qarabağ" bu mövsüm Azərbaycan futbolu adına çox böyük işlər gördü. Bu da, çempionatda çoxlu xal itkilərinə gətirib çıxardı. "Sabah" bundan maksimum istifadə edərək, baxımlı oyunu ilə ilə liderliyi əla aldı və sona kimi inamlı irəliləyir. "Sabah" çempionluq şansını əldən verməyəcək və bu il çempionluğa layiq oyun sərgilədilər. Keçən turda "Qarabağ" "Sabah"la oyunda qalib gəlsəydi bəlkə də şansları qalardı. "Sabah"ın qalib gəlməsi bu iki klub arasında böyük xal fərqinə gətirib çıxardı".

Quliyev, ölkə kubokunun finalında "Sabah"ın "Zirə"yə qarşı şanslarını dəyərləndirib: "⁠Sabah" finalda üstün görünür. Lakin finalın bir oyundan ibarət olduğunu nəzərə alsaq, həmin gün kim daha hazır olarsa, o da qalib gələcək".

Mirbağırağa

Xəbər xətti