"Atletiko" Qrizmanna əvəzləyici tapdı

20:58 - 23 Aprel 2026

"Borussiya"nın yarımmüdafiəçisi Yulian Brandt karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Atletiko" Almaniya klubu ilə müqaviləsi yayda başa çatan futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə "Marca" nəşri məlumat yayıb.

Madrid klubu Brandtı mövsümün sonunda komandadan ayrılacağı açıqlanan Antuan Qrizmannın əvəzləyicisi kimi düşünür. "Atletiko" yaxın vaxtlarda 29 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Yulian Brandt 2019-cu ilin yayından "Borussiya"da çıxış edir. Almaniya millisinin üzvü bu mövsüm Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 11 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti