Səudiyyə Ərəbistanı milli komandasının baş məşqçisi açıqlanıb.
Sportal.az xəbər verir ki, Georgios Donis həmin posta dəvət edilib.
Bu barədə yerli federasiya məlumat yayıb.
56 yaşlı mütəxəssis 2027-ci il iyunun 30-na qədər Səudiyyə Ərəbistanı millisinə rəhbərlik edəcək.
Yunan mütəxəssis Erve Renarı əvəzləyib.
Donis PAOK, APOEL, "Əl-Hilal", "Panatinaikos", "Makkabi"(Tel-Əviv) kimi klubları çalışdırıb. O, ilk dəfə milli komandada işləyəcək.
saytlarin hazirlanmasi
