Elitada yerini qorumağa çalışan "Tottenhem" rəhbərliyi qeyri-adi addımlar atmağa hazırdır.
Sportal.az "Sky Sports" televiziyasına istinadən xəbər verir ki, klub əsas komandanın futbolçuları ilə işləmək üçün psixoloq axtarışına başlayıb. Müvafiq vakansiya elanları artıq sosial şəbəkələrdə yayımlanıb.
London təmsilçisinin vəziyyəti hələ də kritik olaraq qalır. "Mahmızlar" yeni baş məşqçi Roberto De Zerbinin rəhbərliyi altında keçirdiyi iki oyunda cəmi bir xal toplayıb. Bu da böhrandan çıxmaq üçün kifayət etmir. Çempionatın başa çatmasına beş tur qalmış "Tottenhem" turnir cədvəlində 18-ci pillədə qərarlaşıb və aşağı liqaya düşmə zonasındadır.
Komanda 2025/2026 mövsümündə son dərəcə qeyri-sabit nəticələr göstərib. Bu, həm oyun, həm də psixoloji enişə səbəb olub. Rəhbərlik ümid edir ki, mütəxəssisin cəlb olunması həlledici oyunlar öncəsi kollektivin liderləri üzərindəki gərginliyi aradan qaldıracaq.
saytlarin hazirlanmasi
