"Yenidən futbol oynamaq üçün hər şeydən keçərdim" - millinin sabiq müdafiəçisi

20:22 - 26 Aprel 2026

“Latsio”, “Milan” və İtaliya milli komandasının sabiq müdafiəçisi Alessandro Nesta futbol oynamaq üçün darıxdığını söyləyib.

Sportal.az xəbər verir ki, “Sport Mediaset”ə danışan veteran futbolçu "Milan"dakı vaxtlarını da xatırlayıb:

"Yenidən futbol oynamaq üçün hər şeydən keçərdim. Bu, möhtəşəm olardı. Amma futbol daha yavaş, daha darıxdırıcı hala gəlib. Çoxlu sayda, tez-tez fit çalırlar. Üç-dörd əsl lider çatışmır. Ən əsası isə Kyellini və Bonuççii kimi şəxsiyyətlər.

Mən heç vaxt kobud oyunçu olmamışam. Bir dəfə sərt oynamağa çalışdım və zədələndim. Futbola aludə olmuşdum. Bu, səmimi idi. Hər bazar günü statistikaya baxırdım, topu ələ keçirməkdə Lilian Türamı üstələməyə çalışırdım.

"Milan"dakı "dəli" qardaşlarla həyat yaşamışam: görüşəndə cəmi bir neçə dəqiqə keçir və yenidən əylənməyə başlayırıq. 50 yaşımızda belə, uşaq kimi əylənirik və gülürük".
 

Xəbər xətti