"Milan" sabiq futbolçusunu geri qaytarmağı planlaşdırır

13:46 - 26 Aprel 2026

"Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali karyerasının ən yaxşı variantı kimi Seriya A-ya qayıtmağı müəyyən edib.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun komandası hazırda onun İngiltərə klubundan ayrılmasının hüquqi və maliyyə imkanlarını qiymətləndirir.

Tonaliyə "Mançester Siti", "Mançester Yunayted", "Arsenal" və "Çelsi"nin marağına baxmayaraq, yarımmüdafiəçinin özü Seriya A klubunu hədəfləyir. "Yuventus", "İnter" və keçmiş klubu "Milan" əsas namizədlər arasındadır.

25 yaşlı futbolçunun “Nyukasl”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, “Breşiya” və “Milan”da oynadıqdan sonra 2023-cü ildə “Nyukasl”la anlaşıb.

Xəbər xətti