Sloveniyada futbol üzrə ikinci liqanın 25-ci turunun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı qapıçı Eldar Tağızadənin şərəfini qoruduğu “Bıstritsa” səfərdə “Nafta 1903” klubuna 1:2 hesabı ilə məğlub olub.
90 dəqiqə meydanda olan Tağızadə oyun ərzində penalti zərbəsini dəf edib və bunu ardıcıl ikinci matçda bacarıb. Lakin topun geri dönməsindən sonra rəqib qolu vurmağa nail olub.
Hazırda “Bıstritsa” 36 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
