"Mançester Siti"nin futbolçusunu "Bavariya" istəyir

12:47 - 26 Aprel 2026

"Mançester Siti”nin müdafiəçisi Con Stounz yeni mövsümə hansı komandada başlayacağı ilə bağlı qərar verməyib.

Sportal.az “The Mirror”a istinadən xəbər verir ki, 31 yaşlı futbolçuya hazırda üç klubdan ciddi maraq var.

Belə ki, “Bavariya”, “Fənərbaxça” və “Reksem” ingilis futbolçunu heyətinə qatmaqda israrlıdır.

Onun “Mançester Siti” ilə müqavilə müddəti mövsümün sonunda başa çatacaq.

Stounz müqaviləsi başa çatdıqdan sonra gələcək karyerası ilə bağlı qərarını verəcək.  
 

Xəbər xətti