"Böyük əməyimizin bəhrəsi olan inanılmaz anı, sensasiyalı mövsümü yaşayırıq" - "Sabah"ın legioneri

19:18 - 26 Aprel 2026

"Sabah"ın braziliyalı müdafiəçisi İqor Noqeyra Azərbaycan kubokunun yarımfinal mərhələsinin ikinci matçında "Qarabağ" üzərində qazanılan qələbə (2:1, ilk oyun 2:2) və Premyer Liqada çempionluğa yaxın olmaqları haqda danışıb. 

Sportal.az xəbər verir ki, "O Dia" nəşrinə danışan Noqeyra bunları deyib:

"Qarabağ"la görüşdəki qələbə bizim üçün çox əhəmiyyətli idi, azarkeşlərimizin qarşısında xarakter sayəsində qalib gəldik. Keçən il kuboku eyni rəqiblə oyunda qazanmışdıq. Ona görə də "Qarabağ"ın görüşə daha böyük istəklə gələcəyini bilirdik. Amma ciddi yanaşırdıq. Məşq etdiyimiz hər şeyi meydanda reallaşdıraraq, aydın düşüncə ilə finala vəsiqə qazandıq. Böyük əməyimizin bəhrəsi olan inanılmaz anı, sensasiyalı mövsümü yaşayırıq. Bu səviyyəni qorumaq çətindir, amma hər oyunda bunun üçün mübarizə aparırıq. Məqsədlərimizə çatmaq üçün doğru yolda olduğumuzu bilirik. Amma hələ bir neçə addım qalıb. Təvazökarlıqla və məqsədlərinizə çatmaq üçün sədaqətlə işləməyə davam edəcəyik”.
 

Xəbər xətti