"Mançester Siti"nin yarımmüdafiəçisi İtaliyaya qayıda bilər

15:55 - 27 Aprel 2026

Ticani Reynders mövsümün sonunda "Mançester Siti"dən ayrıla bilər.

Sportal.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçinin performansı baş məşqçi Pep Qvardiolanı qane etmir. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.

Reyndersin yayda icarəyə veriləcəyi gözlənilir. "Milan", "Yuventus" və "Napoli" 27 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, "Mançester Siti" Ticani Reyndersi mövsümün əvvəlində "Milan"dan 55 milyon avroya transfer edib. Niderland millisinin üzvü "şəhərlilər"in heyətində meydana çıxdığı 45 rəsmi matçda 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti