10 il sonra "Mançester Siti"ni tərk edəcək - RƏSMİ

16:28 - 28 Aprel 2026

"Mançester Siti" mövsümün sonunda müqaviləsi başa çatan Con Stounzla bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi ingiltərəli müdafiəçi ilə yollarını ayıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Stounzun yayda başa çatan müqaviləsinin müüddəti uzadılmayacaq. 31 yaşlı mərkəz müdafiəçisi azad agent statusu ilə klubu tərk edəcək.

Qeyd edək ki, "Mançester Siti" Con Stounzu 2016-cı ilin yayında "Everton"dan 55 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm "şəhərlilər"in heyətində 16 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti