"Real"ın müdafiəçisi Eder Militaonun dünya çempionatında iştirak etməyəcəyi dəqiqləşib.
Sportal.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Braziliya millisinin üzvünün sol bud əzələsində yırtıq aşkarlanıb. 28 yaşlı mərkəz müdafiəçisi Finlandiyada əməliyyat olunacaq.
Militaonun oktyabr ayına qədər yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu isə təcrübəli futbolçunun iyunda başlayacaq dünya çempionatında iştirak etməyəcəyi deməkdir.
saytlarin hazirlanmasi
