"Sumqayıt" Premyer Liqada 50-ci səfər qələbəsini qazanıb.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXIX turuna təsadüf edib. "Gənclik şəhəri" təmsilçisi "İmişli" ilə görüşdə 2:0 hesabı ilə qalib gəlib. Yubiley qələbəsi 233-cü səfər matçına təsadüf edib.
"Sumqayıt" turnirin tarixində rəqib meydanında ən azı 50 və daha çox qələbə qazanan 12-ci komanda olub və bu göstəricidə "Şəmkir"ə çatıb. Sumqayıtın eyniadlı təmsilçisinin ilk səfər qələbəsi 2011/2012 mövsümünə təsadüf edib. Komanda 2011-ci il noyabrın 5-də "Qarabağ"a qalib gəlib – 2:1.
saytlarin hazirlanmasi
