FİFA futbolçuların dünya çempionatında meydandan qovulması üçün iki yeni əsas tətbiq etməyi planlaşdırır.
Sportal.az "The Times"ə istinadən xəbər verir ki, FİFA DÇ-2026-da mübahisə zamanı ağzını örtən oyunçuları qırmızı vərəqə ilə cəzalandırmağı planlaşdırır. Həmçinin hakimin qərarına etiraz əlaməti olaraq meydanı tərk edən futbolçular da dərhal meydandan qovulacaqlar.
Gözlənilir ki, FİFA prezidenti Cianni İnfantino bu tədbirləri cümə axşamı, 30 aprel tarixində Vançouverdə keçiriləcək FİFA konqresində elan edəcək.
Hazırda bu qaydaların yalnız DÇ-2026-da tətbiq olunacağı bildirilir. Digər yarışların təşkilatçıları ehtiyat edirlər ki, yeni qaydalar gözlənilməz nəticələrə səbəb ola bilər, məsələn, əgər futbolçu irqçi təhqirlərdən sonra meydanı tərk edərsə.
saytlarin hazirlanmasi
