"Qalatasraay"ın hücumçusu Viktor Osimhen karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Arsenal" nigeriyalı forvardın xidmətində maraqlıdır. Bu barədə AS nəşri məlumat yayıb.
London təmsilçisinin idman direktoru Andrea Berta Osimheni Türkiyə Super Liqasının 31-ci turunun "Fənərbaxça" ilə matçında stadionda izləyib. "Arsenal"ın yayda 27 yaşlı futbolçu üçün hərəkətə keçəcəyi gözlənilir.
Qeyd edək ki, Viktor Osimhen cari mövsümdə "Qalatasaray"ın heyətində meydana çıxdığı 31 rəsmi matçda 20 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.
saytlarin hazirlanmasi
