Mayın 1-3-də Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək "Böyük Dəbilqə" turnirində yarışacaq Azərbaycan cüdoçuları müəyyənləşib.
Sportal.az xəbər verir ki, yarışda kişilərdən ibarət yığmanın böyük məşqçiləri – Elçin İsmayılov və Slavko Tekiçin rəhbərliyi altında 4 çəki dərəcəsində 6 idmançımız mübarizə aparacaq.
Heyətdə Murad Muradlı (60 kq), Nizami İmranov, İslam Rəhimov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev (73 kq), Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) yer alıblar. Dünya Cüdo Turuna daxil olan "Böyük Dəbilqə"də 34 ölkədən 248 idmançı qüvvəsini sınayacaq
saytlarin hazirlanmasi
