"Çelsi"nin vingeri 4 illik futboldan uzaqlaşdırıldı

19:54 - 29 Aprel 2026

İngiltərə Futbol Assosiasiyası (FA) "Çelsi"nin futbolçusu Mixaylo Mudriki antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə futboldan kənarlaşdırıb.

Sportal.az xəbər verir ki, bu müddət oxşar qayda pozuntularına görə nəzərdə tutulan maksimum cəzadır.

Ukraynalı vinger bu sərt qərarla razı deyil və artıq qərardan şikayət vermə prosesinə başlayıb. Məlumata əsasən, Mudrik Lozannadakı İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya sənədləri təqdim edib.

CAS nümayəndələri artıq 25 yaşlı oyunçunun FA-nın qərarından şikayət etdiyini təsdiqləyiblər. Məhkəmənin rəsmi açıqlamasında qeyd olunub ki, Mudrik ona verilən 4 illik diskvalifikasiya müddətindən apellyasiya şikayəti verib. Hazırda tərəflər yazılı bəyanatlarla mübadilə aparırlar. Dinləmənin tarixi hələ müəyyənləşdirilməyib.

Futbolçunun müqavilə ilə məxsus olduğu "Çelsi" isə bu vəziyyətlə bağlı hər hansı rəsmi şərh verməkdən imtina edib. London klubu Lozannada hüquqi prosesin inkişafını gözləyir.

Xatırladaq ki, 2024-cü ilin dekabrında Mudrikin dopinq qəbul etdiyi müəyyən olunub. Onun orqanizmində qadağan olunmuş meldonium maddəsi aşkarlanıb. Ukrayna millisinin üzvü futboldan uzaqlaşdırılana qədər "Çelsi" forması ilə 73 oyunda iştirak edib, 10 qol vurub və 11 məhsuldar ötürmə edib.

Xəbər xətti