Almaniyanın "Bayer" klubunda yeni müqavilə qeydə alınıb.
Sportal.az xəbər verir ki, Bundesliqa nəhəngi Edmond Tapsobanın sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Burkina-Faso millisinin üzvü ilə 2031-ci ilin yayında kimi nəzərdə tutulan yeni müqavilə imzalanıb.
Qeyd edək ki, "Bayer" Edmond Tapsobanı 2020-ci ilin yayında "Vitoriya Gimaraeş"dən transfer edib. 27 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
