Gələn il keçiriləcək dünya çempionatına hazırlaşan U-20 millimizin baş məşqçisi Rui Jojeni heyrətləndirən futbolçu var. Söhbət "Qarabağ"ın 15 yaşlı oyunçusu Əli Bəşirovdan gedir.
Sportal.az saytının əldə etdiyi məlumata görə, Rui Jorje gördüklərindən yaxşı mənada təəccüblənib. Gənc futbolçunun bir neçə oyununu izləyən millinin məşqçisi ətrafına Əli Bəşirovun ispan, portuqal həmyaşıdları ilə eyni səviyyədə olduğunu deyib.
Portuqaliyalı məşqçinin gözünün tutduğu digər oyunçu isə Şahin İbrahimovdur. "Sabah"ın gənc futbolçusu da Rui Jorjenin çox bəyəndiyi oyunçulardandır.
Ümumilikdə U-20 millimizi dəyərləndirən əcnəbi mütəxəssis dünya çempionatına qədər yaxşı kollektiv qurmağın mümkün olduğunu deyib. O, milli üzvlərinin səviyyəsinin qənaətbəxş olması düşüncəsindədir.
saytlarin hazirlanmasi
