“İpsviç Taun”un müdafiəçisi Eşli Yanq 2025/2026 mövsümünün sonunda peşəkar futboldan ayrılacağını açıqlayıb.
Sportal.az “The Sun”a istinadən xəbər verir ki, o, əvvəllər "Uotford", "Aston Villa", "Mançester Yunayted", "İnter" və "Everton" kimi klublarda oynayıb.
40 yaşlı futbolçu 765 oyunda meydana çıxıb və 88 qol vurub.
Yanq həmçinin İngiltərə milli komandasında 39 matçda çıxış edib.
Eşli "Mançester Yunayted"lə Premyer Liqa, FA Kuboku və Avropa Liqasını qazanıb, "İnter"lə isə İtaliya çempionluğunu əldə edib.
saytlarin hazirlanmasi
