Bu gün UEFA Avropa Konfrans Liqasında da yarımfinal mərhələsinin ilk matçları keçirilib.
Sportal.az xəbər verir ki, Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor" Polşada "Kristal Pelas"la qarşılaşıb. Matç İngiltərə klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Rayo Valyekano" isə "Strasburq"u sınağa çəkib. Burada isə qonaqlar 0:1 hesablı məğlubiyyətlə üzləşib.
Cavab görüşləri mayın 7-də keçiriləcək.
UEFA Avropa Konfrans Liqası
Yarımfinal
İlk oyunlar
23:00. "Rayo Valyekano" (İspaniya) – "Strasburq" (Fransa) 1:0
23:00. "Şaxtyor" (Ukrayna) – "Kristal Pelas" (İngiltərə) 1:3
saytlarin hazirlanmasi
