"Atalanta"nın futbolçusu Arman Loryante karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Beşiktaş" fransalı vingeri transfer etmək istəyir. Bu barədə "Sözcü" nəşri məlumat yayıb.
İtaliya klubu 27 yaşlı oyunçu üçün "qara qartallar"dan 20 milyon avro tələb edir.
Qeyd edək ki, Arman Loryante bu mövsüm "Atalanta"nın heyətində meydana çıxdığı 35 rəsmi matçda 5 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.
saytlarin hazirlanmasi
