Radca Nainqolan Skott MakTominaydan təsirlənmədiyini bildirib.
Sportal.az xəbər verir ki, sabiq "Roma" yarımmüdafiəçisi "Sky Calcio Unplugged" efirində maraqlı çıxışı ilə yadda qalıb:
“MakTominayı bəyənmirəm. Çox qol vurur, amma ümumi oyun baxımından... O, həmişə 12, 13, 14 qolunu vuracaq, lakin qol vəziyyətləri yaratmaq məsələsində xətlər arasında oynamaq üçün texnikası kifayət qədər yaxşı deyil. O, normal oyunçudur. Ən yaxşı vaxtlarımda mən ondan və Hakan Çalhanoğlundan daha yaxşı idim, amma Nikolo Barellanı özümdən üstün tuturam.
Kevin De Bruyne ilə isə fərqli tip oyunçularıq, amma o mənə çox xoş gəlir. O, başqalarının görmədiyi şeyləri görür, buna görə də onu özümdən yuxarı qoyuram.
Özümü Adrien Rabiotdan yuxarı qiymətləndirərdim, Manu Kone isə ümumiyyətlə mənimlə eyni səviyyədə deyil. Əgər Luka Modriçdən danışsaq, o həmişə dünyanın ən yaxşıları arasında olub.
Mənim üçün ən yaxşısı Musa Dembele idi, ondan sonra isə Xavi və Andres İniesta gəlir”.
saytlarin hazirlanmasi
