"Liverpul" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirmək istəyir.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhənginin əsas hədəfi "Kristal Pelas"da çıxış edən Adam Uortondur. Bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.
"Liverpul" artıq İngiltərə millisinin üzvü ilə danışıqlara başlayıb. "Qırmızılar" Uortonu yayda heyətə qatmağa çalışacaq.
Qeyd edək ki, "Kristal Pelas" Adam Uortonu 2024-cü ilin yanvarında "Blekbörn"dən 21 milyon avroya transfer edib. 22 yaşlı dayaq yarımmüdafiəçisi bu mövsüm London klubunun heyətində meydana çıxdığı 46 rəsmi matçda 7 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi
