Mövsümün sonunda "Liverpul"dan ayrılacağı açıqlanan Məhəmməd Salah karyerasını Avropada davam etdirmək istəyir.
Sportal.az xəbər verir ki, misirli ulduz buna görə Səudiyyə Ərəbistanından gələn sərfəli təklifləri rədd edib. Bu barədə "TEAMtalk" məlumat yayıb.
Salah Türkiyə Super Liqasında çıxış edə bilər. "Fənərbaxça" 33 yaşlı vingerə həftəlik 385 min avro maaş təklif edib.
Qeyd edək ki, "Liverpul" Məhəmməd Salahı 2017-ci ilin yayında "Roma"dan 42 milyon avroya transfer edib. Təcrübəli futbolçu cari mövsümdə Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 12 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
