Kurban Berdiyev: "Təəssüf ki, haqlısız"

17:46 - 15 Mart 2026

"Təəssüf ki, çox vacib iki xal itirdik. Oyunun ikinci hissəsi bir qədər fərqli alındı. Növbəti oyuna hazırlaşacağıq"

Sportal.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 24-cü turunun "Kəpəz"lə(1:1) görüşdən sonra mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- Enrike Silva zədələndikdən sonra onun əvəzinə meydana Faiq Hacıyevi buraxdınız. "Kəpəz" də daha çox onun yer aldığı cinahdan hücumlar edirdi..

- Faiq uzun müddət idi ki, oynamırdı. Ona görə də, bu səhvlər təbiidir.

- Roderik Millerin oynamaması nə ilə bağlıdır?

Zədəlidir.

- "Turan Tovuz" iddialı rəqiblərə qalib gəlir, amma daha aşağı pillələrdə qərarlaşan komandalarla matçlarda istədiyini reallaşdıra bilmir. Bu, konsentrasiya və motivasiya ilə bağlıdır?

Təəssüf ki, haqlısız. Həm "Zirə", həm də "Neftçi" ilə oyundan sonra belə oldu. Fikirləşirəm ki, emosiyalar kifayət etmir. Liderlərə qarşı olan köklənmə bu cür komandalara qarşı olmur. Bunun üzərində işləyəcəyik.

Mirbağırağa

Xəbər xətti