"Şəki Siti" Zaqatalada qalib gəldi - VİDEO

21:37 - 16 Mart 2026

Futbol üzrə Azərbaycan II Liqasında XVIII turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, bu gün "Şəki Siti" Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda "Kür-Araz"ı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 29-a yüksəldən "Şəki Siti" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 15 xalı olan "Kür-Araz" isə 8-ci yerdədir.

"Şəki Siti" - "Kür-Araz" 4:3
Qollar:
 T.Zeynalov, 52, 69, 90, N.Fərəci, 88 (pen) - Ü.Nağdalıyev, 16, E.Məmmədov, 41, 44
Qırmızı vərəqə: M.Abdullazadə, 42

Xəbər xətti