Qavi avqust ayından sonra ilk dəfə meydanda görünüb.
Sportal.az xəbər verir ki, "Barselona"nın yarımmüdafiəçisi 28-ci turda La Liqa oyununda "Sevilya"ya qarşı (5:2) 81-ci dəqiqədə Rafinyanın əvəzinə meydana daxil olub.
İspan futbolçu yarım il boyunca oynamayıb, sentyabr ayında diz əməliyyatı keçirmişdi. Daha əvvəl o, eyni dizdə ön xaç bağının zədələnməsi səbəbindən təxminən bir il oyunlardan kənar qalmışdı.
saytlarin hazirlanmasi
