“Qarabağ”da sevinc sevincə qarışdı - rəhbərliyin bu qərarına görə!

14:58 - 15 Noyabr 2025

Çempionlar Liqasının əsas mərhələsində əldə olunan uğurlu nəticələr "Qarabağ" rəhbərliyini ümidləndirib.

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, komandanın öz yoluna inamla davam etməsi idarəçiləri səxavət kisəsinin ağzını daha geniş açmağa ürəkləndirib.

Yönətim dördüncü turda "Çelsi" ilə 2:2 oynayan kollektivə ayırdığı mükafat fondunu bir qədər də artırıb. İngiltərə nəhəngindən 1 xal alınmasında pay sahibi olan futbolçuların hər biri 90 min dollar qazanıb.

Sonradan meydana çıxanlar bu məbləğin yarısına sahiblənib. Ehtiyatda qalanlar isə göstərilən rəqəmin 25-30 faizi qədər irəli düşüb.

Cari mövsümdə ÇL-də 2 qələbə qazanan Ağdam təmsilçisi "Benfika" zəfərinə görə oyunçularına 100 min manatın üstündə ödəmə edib. "Kopenhagen" qalibiyyəti isə onları 70 min manatdan artıq irəli salıb.

Azərbaycan çempionu ilk 4 turdan sonra 7 xal toplayıb və ümumi turnir cədvəlinin 15-ci pilləsində yer alıb.

Xəbər xətti