O Liqada mübarizə aparan"Mingəçevir"in baş məşqçi Ramiz Məmmədovla bağlı verdiyi apellyasiya şikayəti təmin olunub.
Sportal.az xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı bu barədə qərar qəbul edib.
Mütəxəssisin dörd oyunluq cəzasının biri İntizam Məcəlləsinin 19-cu maddəsinə uyğun olaraq təxirə salınıb. R.Məmmədova 6 aylıq sınaq müddəti təyin edilib.
Xatırladaq ki, Ramiz Məmmədov XV turda "Şəfa"ya qarşı keçirdikləri matçın 45-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün 4 oyunluq diskvalifikasiya edilib, klub 3 000 manat cərimələnib.
saytlarin hazirlanmasi
