"Real" "Mançester Siti" ilə oyuna 7 itki ilə çıxacaq

16:39 - 10 Mart 2026

"Real" UEFA Çempionlar Liqası 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda "Mançester Siti"ni qəbul edəcək.

Sportal.az xəbər verir ki, La Liqa nəhəngi qarşılaşmaya ciddi itkilərlə çıxcaq.

7 futbolçu vacib matçda komandaya kömək edə bilməyəcək. Kilian Mbappe, Cud Bellingem, Eder Militao, David Alaba, Rodriqo, Alvaro Karreras və Dani Seballos zədəlidir.

Qeyd edək ki, "Real" - "Mançester Siti" qarşılaşması martın 11-dən 12-nə keçən gecə keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Xəbər xətti