İgor Tudor ən azı bu həftənin sonuna qədər "Tottenhem"in başında qalacaq.
Sportal.az ESPN-ə istinadən xəbər verir ki, məşqçinin vəziyyəti ilə bağlı təzyiqlər artsa da, o, bazar günü Premyer Liqa çərçivəsində "Liiverpool"la qarşı keçiriləcək oyunda komandaya rəhbərlik etməlidir.
Xorvatiyalı mütəxəssis “şporlar”ın müvəqqəti baş məşqçisi kimi keçirdiyi bütün 4 oyunda məğlub olub. Dünən londonlular "Atletiko" (Madrid)ə qarşı UEFA Çempionlar Liqasının1/8 final mərhələsinin ilk matçında 2:5 hesabı ilə ağır məğlubiyyət alıblar.
Tudor matçın 17-ci dəqiqəsində, hesab 0:3 olarkən qapıçı Antonín Kinskini əvəzlədikdən sonra yeni tənqid dalğası ilə üzləşib.
Buna baxmayaraq, baş məşqçi cümə günü oyundan əvvəlki mətbuat konfransını plan üzrə keçirəcək. ESPN-in mənbələrinə görə, onun Anfield stadionunda keçiriləcək oyunda da ehtiyat oyunçular skamyasında olması gözlənilir.
Bununla belə, Tottenham Hotspur rəhbərliyində vəziyyətlə bağlı ciddi narahatlıq var, çünki klub hazırda turnir cədvəlində düşmə zonasından cəmi bir xal öndədir və dekabrın 28-dən bəri Premyer Liqada qələbə qazana bilməyib.
saytlarin hazirlanmasi
