"Atletiko" "Bayer"ə 35 milyon avro ödəməyə hazırdır

19:53 - 9 Mart 2026

"Bayer"in futbolçusu İbrahim Maza karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Atletiko" əlcəzairli hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.

Madrid klubu Mazanı yayda heyətinə qatmağa çalışacaq. "Atletiko" 20 yaşlı oyunçu üçün Almaniya klubuna 35 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, "Bayer" İbrahim Mazanı mövsümün əvvəlində "Herta"dan 12 milyon avroya transfer edib. Əlcəzair millisinin üzvü Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti